|
152
BİGANƏ QALMA |
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti üzrə Səfirliyin nümayəndələri - siyasi işlər üzrə müşavir Syuzan Çesli və siyasi işlər üzrə mütəxəssis Nigar Hüseynovanı insan alverinə qarşı mübarizə üzrə 2017-ci il hesabatının hazırlanması üçün görülən işlərin müzakirə edilməsi məqsədilə 17 yanvar 2017-ci il tarixdə qəbul etmişdir.
Baş İdarənin rəisi və məsul əməkdaşlarının iştirak etdiyi görüşdə insan alverinə qarşı mübarizə sahəsində 2016-cı ildə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.
ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirdi.