DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

02.05.2016

2016-cı il may ayının 2-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları - 1968-ci il təvəllüdlü, Bakı şəhər sakini Əliyev Ataməli Əlikram oğlu və onun qardaşı 1964-cü il təvəllüdlü, Bakı şəhər sakini Əliyev Ədalət Əlikram oğlunun Bakı şəhəri, Sabunçu rayonunda yerləşən heyvandarlıq sahəsində əcnəbi şəxsi və ölkə vətəndaşını məcburi əməyə məruz qoymaları faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma aparılır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48