DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin heyəti ilə görüş keçirilmişdir.

15.05.2018

2018-ci ilin 15 may  tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin heyəti və cəlb edilmiş beynəlxalq ekspert Peter Bryant ilə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi BMqT-nin “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün insan alveri və qanunsuz miqrasiyanın təşkilinə qarşı mübarizə üzrə təlim-tədris vəsaitlərinin hazırlanması ilə əlaqədar fikir mübadiləsi olmuşdur.

Qonaq heyəti maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılmış, ümumilikdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat verilmiş, təlim-tədris vəsaitlərinin səmərəliliyi üçün tövsiyələr təqdim olunmuşdur.

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

 

 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48