DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

16.03.2017

2017-ci il mart ayının 16-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1976-cı il təvəllüdlü, Sumqayıt şəhər sakini Sadıxova Esmira Eldar qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək ölkə vətəndaşları olan qadınları Birləşmiş Ərəb Əmirliyinin Dubay Əmirliyinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma davam etdirilir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48