17 yanvar 2017-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

17.01.2017

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti üzrə Səfirliyin nümayəndələri - siyasi işlər üzrə müşavir Syuzan Çesli və siyasi işlər üzrə mütəxəssis Nigar Hüseynovanı insan alverinə qarşı mübarizə üzrə 2017-ci il hesabatının hazırlanması üçün görülən işlərin müzakirə edilməsi məqsədilə 17 yanvar 2017-ci il tarixdə qəbul etmişdir.

Baş İdarənin rəisi və məsul əməkdaşlarının iştirak etdiyi görüşdə insan alverinə qarşı mübarizə sahəsində 2016-cı ildə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.

ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirdi.

 

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48