İNSAN ALVERİ VƏ MƏCBURİ ƏMƏK İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏT DEYİL!!!

16.01.2017

İNSAN ALVERİ - İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN FAHİŞƏLİYƏ CƏLB ETMƏ VƏ YA ƏXLAQSIZLIQ

YUVALARI SAXLAMA CİNAYƏTİ DEYİL!

 

İNSAN ALVERİNİN QURBANI - FAHİŞƏLİKLƏ MƏŞĞUL OLAN VƏ YA ƏXLAQSIZ HƏYAT TƏRZİ

SÜRƏN ŞƏXS DEYİL!

 


İnsan alveri əməlinin ünsürləri:

 

- Əməlin törədilmə məqsədi – İSTİSMAR

- Əməlin törədilmə üsulları - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə; hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə; oğurlama; dələduzluq; aldatma yolu ilə; təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə; yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla

- Əməlin özü - şəxsin cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi

 


İNSANLARIN İSTİSMARI dedikdə AŞAĞIDAKILAR BAŞA DÜŞÜLÜR:

 

- Məcburi əmək (xidmət) - qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə)     məcbur edilməsi

- Cinsi istismar - şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi

- Köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti - şəxs üzərində mülkiyyət hüququna   xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi;

- İnsan orqanlarının və toxumalarının qanunsuz çıxarılması

- Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması

- Qadının surroqat ana kimi istifadə edilməsi

- Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi

 

 

       İNSAN ALVERİNİN QURBANI - İNSAN ALVERİNDƏN ZƏRƏR ÇƏKMİŞ, YAXUD ZƏRƏR ÇƏKMƏSİ

EHTİMAL OLUNAN ŞƏXSDİR!

 

İnsan alveri qurbanlarının əlamətləri:

- öz iradəsi ziddinə işləməyə məcbur olduğunu, işdənçıxma imkanlarının olmamasını düşünür;

- öz hərəkətlərinin nəzarət altında olduğunu, hərəkət azadlığının olmadığını və ya məhdud olduğunu düşünür;

- qorxu və narahatlıq hissləri keçirir;

- daim və ya bəzən özü, ailə üzvləri, yaxınları zorakılığa, yaxud zor tətbiq etmə hədəsinə məruz qalır;

- istismara, zorakılığa və ya hərəkət azadlığını məhdudlaşdıran təsir tədbirlərinə məruz qalmaya xarakterik olan xəsarətlərdən əziyyət çəkir;

- dövlət orqanlarına təhvil verilməsi hədəsi ilə üzləşir;

- digər şəxslərdə saxlanıldığına görə özündə şəxsiyyəti təsdiq edən, yaxud yol sənədləri olmur və ya saxta sənədlərə malik olur;

- yerli dili, yaşadığı və ya işlədiyi yerin ünvanını bilmir;

- digər şəxslərin göstərişləri üzrə hərəkət edir, onların müəyyən etdiyi şərtlərlə işləyir, gördükləri iş müqabilində çox az və ya heç bir gəlir əldə etmir;

- ümumyaşayış normalarına cavab verməyən şəraitdə yaşayır;

- tibbi, sosial xidmətdən yararlanma imkanları, həmçinin öz ailə üzvləri və digər yaxınları ilə əlaqələri məhdud olur və s.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48